Aİ Azərbaycanla sıx tərəfdaşlıq qurmaq niyyətindədir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
28 
may
2025
16:00

Aİ Azərbaycanla sıx tərəfdaşlıq qurmaq niyyətindədir

28 may, 2025
16:00
778

Aİ Azərbaycanla sıx tərəfdaşlıq qurmaq niyyətindədir

Avropa Komissiyası (AK) və Avropa Xarici Siyasət Xidməti mayın 28-də Brüsseldə Avropa İttifaqının (Aİ) Qara dəniz regionu üçün yeni strategiyasını təqdim edib, bu strategiya regionun ölkələri, o cümlədən Azərbaycanla daha sıx qarşılıqlı əlaqəni nəzərdə tutur.

Bu barədə “Sizinxeber.az” Avropa Komissiyasının məlumatına istinadən xəbər verir.

"Qara dəniz regionunda təhlükəsizlik və sülhün təşviq edilməsi üçün Avropa İttifaqının fəal rolu həlledici əhəmiyyətə malikdir. Biz regionda təhlükəsizlik və sabitliyi gücləndirmək üçün qonşularımızla sıx əməkdaşlıq edəcəyik", - AK sədri Ursula fon der Lyayen bildirib.

Avropa Komissiyasının bəyanatında qeyd olunub ki, bu strategiya Avropanın Cənubi Qafqaz, Mərkəzi Asiya və digər ölkələrlə əlaqələrinin gücləndirilməsi hesabına qarşılıqlı əlaqə və iqtisadi artımı stimullaşdırmağa yönəlib.

Məlumat yenilənir

Bizimlə əlaqə saxlayın