Qazaxıstanda təcili eniş edən “An-2” təyyarəsi 8 saat sonra tapılıb
sizinxeber.az xəbər saytı

Qazaxıstanda təcili eniş edən “An-2” təyyarəsi 8 saat sonra tapılıb


Qazaxıstanın cənubunda Qızılorda vilayətinin çölündə “An-2” təyyarəsi təcili eniş edib.

"Report" Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti teleqram kanalında məlumat yayıb.

Bildirilib ki, xilasedicilər onu səkkiz saat sonra aşkar ediblər.

"Qızılorda vilayətində "Tan-Kumkol" istiqamətində hərəkət edən “An-2” təyyarəsi məcburi eniş edib. Təyyarənin göyərtəsində 3 nəfər olub. Ekipajla əlaqə olmayıb, onların olduğu yer məlum deyildi. 8 saatlıq axtarışlardan sonra, gecə yarısı itkin düşənlər çöldə tapılıblar", - nazirliyin məlumatında bildirilib.

Qeyd edilib ki, onlara tibbi yardım lazım olmayıb.

Oxşar xəbərlər

“An-2” sanitar təyyarəsi Qazaxıstanda sərt eniş edib
Kanadada sərnişin təyyarəsi qəzaya uğrayıb
Saratovda sərnişin təyyarəsi qəzalı eniş edib
Rusiyada AN-2 təyyarəsi qəza enişi edib, xəsarət alanlar var
İstanbul-Moskva təyyarəsi Həştərxanda məcburi eniş edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər