KİV: Paşinyan yaxın zamanda kadr dəyişiklikləri edə bilər
sizinxeber.az xəbər saytı

KİV: Paşinyan yaxın zamanda kadr dəyişiklikləri edə bilər


Ermənistan baş naziri Nikol Paşinyan bütün dövlət qurumlarında əhəmiyyətli yeniliklər keçirmək qərarına gəlib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Ermənistan KİV-i hökumətə yaxın mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, yaxın zamanda təkcə hakim "Vətəndaş müqaviləsi" partiyasında kadr dəyişiklikləri deyil, həm də hökumətin tərkibində dəyişikliklər gözlənilir.

"Son həftələrdə hökumətə tabe olan qurumlarda həddindən artıq gərgin vəziyyət müşahidə olunur: müxtəlif strukturlarda geniş yoxlamalar aparılır, çoxsaylı sənədlər, o cümlədən əvvəlki illərə aid hesabatlar və rəsmi yazışmalar tələb olunur, dosyelər toplanır və şəxsən Paşinyana təqdim edilir", - mənbələr qeyd edib.

Bildirilib ki, bu genişmiqyaslı "təmizləmə"nin nə qədər irəli gedəcəyi hələlik aydın deyil.

Oxşar xəbərlər

Paşinyan: “İrəvan qısa zamanda sülh müqaviləsi ilə bağlı Azərbaycanın təkliflərinə cavab verəcək”
KİV: Paşinyan hökumətdə kadr dəyişikliklərinə başlayacaq
Paşinyan: Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır
Erməni deputat: Paşinyan yaxın aylarda istefa verəcək
Paşinyan: “Ermənistan Qarabağ uğrunda döyüşməyəcək”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər