Zelenski İstanbul görüşünə görə Türkiyə Prezidentinə təşəkkür edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
15 
may
2025
19:00

Zelenski İstanbul görüşünə görə Türkiyə Prezidentinə təşəkkür edib

15 may, 2025
19:00
416

Zelenski İstanbul görüşünə görə Türkiyə Prezidentinə təşəkkür edib

Ukrayna Prezidenti Volodimir Zelenski İstanbulda keçirilən görüşə görə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

“Sizinxeber.az” xəbər verir ki, o, bu barədə “X” səhifəsində yazıb.

“Dövlətimizə verdiyi dəstəyə, tam, qeyd-şərtsiz atəşkəs və həqiqi diplomatiyaya doğru bütün real addımları dəstəklədikləri üçün Prezident Ərdoğana və bütün Türkiyəyə təşəkkür edirəm. Danışıqların həqiqətən də nəticə verməsi üçün biz sıx koordinasiyanı davam etdirəcəyik. Bu gün Rusiya kifayət qədər aşağı səviyyəli şəxslərdən ibarət nümayəndə heyəti göndərməklə müharibəni dayandırmaq fikrində olmadığını bir daha nümayiş etdirdi. Üstəlik, Rusiyanın bu cür yanaşması dünyaya və bütün tərəfdaşlara hörmətsizlik əlamətidir. Biz tərəfdaşlardan aydın və güclü cavab gözləyirik”, - o bildirib.

Zelenski Ərdoğanla əməkdaşlıq, təhlükəsizlik təminatları, atəşkəsin monitorinqi, dənizdə minalardan təmizləmə, Ukraynanın yenidən qurulması və dövlətlər arasında tərəfdaşlığın inkişafı məsələlərini də müzakirə etdiyini diqqətə çatdırıb. O, bu məsələlərin əksəriyyəti ilə bağlı həmkarı ilə ortaq baxışa malik olduğunu qeyd edib.

Bizimlə əlaqə saxlayın