Ararat Mirzoyanı döyən şəxs barəsində üç il həbs qərarı çıxarılıb
sizinxeber.az xəbər saytı

Ararat Mirzoyanı döyən şəxs barəsində üç il həbs qərarı çıxarılıb


Ermənistan xarici işlər nazir Ararat Mirzoyanı (həmin vaxt parlament sədri vəzifəsini tuturdu) döyən şəxslərdən biri olan Ara Badoyana üç il iş kəsilib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Hazırda həbsxanada olan şəxsin cəzasını başa çatmasına 1 il 11 ay qalıb.

Qərar elan edildikdən sonra A.Badoyanın vəziyyəti pisləşib, buna görə də təcili tibbi yardım çağırılıb.

Xatırladaq ki, 2020-ci il noyabrın 10-da gecə saatlarında Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli bəyanatın imzalanması barədə məlumatdan sonra İrəvanda kütləvi iğtişaşlar başlayıb.

A.Mirzoyana hücum edən şəxslər onu döyüblər. O zamankı parlament sədri xəstəxanaya yerləşdirilib.

A.Badoyan özünü günahkar saymır.

Oxşar xəbərlər

Ermənistanda nazir döyüldü - Mirzoyana hücum olub
Erməni naziri döyməkdə təqsirləndirilən şəxs Avropa Məhkəməsinə müraciət edib
Gürcüstan XİN rəhbəri erməni həmkarını ölkəsinə dəvət edib
İrəvanda etirazçılar XİN binasının qarşısına toplaşıblar - YENİLƏNİB
Kaya Kallas Ararat Mirzoyanı qəbul edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər