İranda elektrik enerjisinə qənaət məqsədilə dərslər saat 6-da başlayacaq
İranda elektrik enerjisinə qənaət etmək məqsədi ilə ofislərdə, məktəblərdə, universitetlərdə iş və təhsil rejimlərində dəyişiklik edilib.
“Report” xəbər verir ki, bu barədə “Tasnim” agentliyi bildiriş yayıb.
Məlumata görə, İran Nazirlər Kabinetinin ölkədə rəsmi vaxt dəyişikliyinə dair qərarına uyğun olaraq və enerji istehlakının optimal idarə edilməsi, mövcud disbalansın azaldılması məqsədilə Planlaşdırma və Resursların İnkişafı üzrə müavin təhsil şöbələrinin, məktəblərin və imtahanların başlama vaxtı ilə bağlı bildirişi yayılıb.
Bildirilib ki, ofis iş saatları 6:00-dan 13:00-a qədər olacaq, ehtiyac yaranacağı halda işçilər məsafədən iş qaydalarının müddəalarına uyğun olaraq evdən işləyəcəklər.
Birnövbəli məktəblərdə şagirdlər saat 6:00-dan 13:00-a, ikinci növbə (günortadan sonra) 10:00-dan 13:30-a qədər dərsdə iştirak edəcəklər.
Oxşar xəbərlər
Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
Bu gündən bəzi məktəblərdə dərslər başlayıb
İranda elektrik enerjisinə görə 24 əyalətdə etiraz aksiyası keçirilib
İranın 23 əyalətində enerji qıtlığına görə müəssisələr bağlanıb
“Azərişıq”: İtkiləri azaltmaqla 900 milyard kVt/saat enerjiyə qənaət edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













