“Azərişıq”: İtkiləri azaltmaqla 900 milyard kVt/saat enerjiyə qənaət edilib
sizinxeber.az xəbər saytı

“Azərişıq”: İtkiləri azaltmaqla 900 milyard kVt/saat enerjiyə qənaət edilib


Azərbaycanda 2015-ci illə müqayisədə enerji itkilərinin aşağı salınması ötən il 900 milyard kilovat/saat elektrik enerjisinə qənaət etməyə imkan verib.

"Report" xəbər verir ki, bunu “Azərişıq” ASC-nin sədr müavini Ramil Yusifov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində keçirilən ictimai dinləmədə deyib.

Onun sözlərinə görə, enerji itkilərinin dinamikası 2015-ci illə müqayisədə 14 %-dən 8,5 %-ə qədər azaldılıb: “Bu göstəricilər dünyanın qabaqcıl ölkələrinin nəticələrinə çatdırılmaqdadır. Nəzərə alınmalıdır ki, Azərbaycanda şəbəkələrin 60 %-nə qədərinin yenidən qurulmasına ehtiyac var”.

O qeyd edib ki, Azərbaycanda elektrik şəbəkələrinin əsas hissəsi ötən əsrin 20-60-cı illərində qurulub.

Oxşar xəbərlər

“Azərişıq”: Azərbaycanda elektrik şəbəkələrinin 60%-dən çoxunun yenidən qurulmasına ehtiyac var
Elnur Soltanov: "Mingəçevir İES-də qənaət ediləcək qaz "Abşeron" yatağından hasilata bərabərdir"
Nazir müavini: "Qarabağda xalis sıfır emissiya hədəfinə çatmaq üçün ən son texnologiyalar tətbiq edilir"
Naxçıvanda alternativ enerji mənbələrinin istehsal payı artıb 
SOCAR növbəti 5-10 ildə dekarbonizasiya ilə bağlı hədəfləri açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle