İran XİN: ABŞ-la danışıqlar çətin, lakin faydalı oldu
ABŞ və İran arasında Tehranın nüvə proqramı ilə bağlı Omanda keçirilən növbəti dolayı danışıqlar çətin keçib, lakin tərəflərin mövqelərini anlamaq baxımından faydalı olub.
"Sizinxeber.az"un xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Əsmail Baqai X sosial şəbəkəsində yazıb.
“Omanda ABŞ və İran arasında dördüncü raund dolayı danışıqlar başa çatdı, çətin oldu. Lakin bir-birilərinin mövqelərini daha yaxşı anlamaq və fikir ayrılıqlarının həlli üçün məqbul və real yollar axtarmaq baxımından faydalı danışıqlar oldu”, – deyə o yazıb.
Baqai dəqiqləşdirib ki, növbəti məsləhətləşmə raundunu Oman tərəfi əlaqələndirəcək və onun keçirilməsi barədə elan verəcək.
Oxşar xəbərlər
İran mayın 11-də Omanda ABŞ-la danışıqlar aparmağa razılaşıb
ABŞ və İran danışıqların yerini dəyişə bilər
Tramp ABŞ və İran arasında danışıqların çox yaxşı getdiyini açıqlayıb
KİV: İran və ABŞ danışıqları Cenevrə və Omanda davam etdirəcək
İran XİN sözçüsü: ABŞ ilə növbəti danışıqlar da Omanda keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













