

Kobaxidze: Avropalı məmurlar "dərin dövlət"dən tapşırıq alaraq Gürcüstanın milli maraqlarına qarşı çıxırlar
Avropa strukturlarında çalışan bəzi məmurlar “Deep State” (dərin dövlət) adlandırılan qüvvələrdən tapşırıq alaraq Gürcüstanın milli maraqlarına qarşı yönəlmiş siyasət yürüdürlər.
"Sizinxeber.az"un Gürcüstan bürosu xəbər verir ki, bunu ölkənin Baş naziri İrakli Kobaxidze Avropa İttifaqı (Aİ) ilə münasibətlərdə yaşanan ədalətsizliklərdən danışarkən bildirib.
O xatırladıb ki, 2022-ci ildə Gürcüstan xalqına heç bir əsaslandırma olmadan namizəd statusu verilmədi. Sonra isə Aİ ilə danışıqların açılması rədd edildi:
"Bu, ədalətsizliyin davamıdır. Təəssüf ki, bu ədalətsizlik avropalı məmurların əli ilə həyata keçirilir. Biz hər şeyi etdik ki, Gürcüstan namizəd statusu alsın. Lakin bu günə qədər 2022-ci ildə niyə bu statusdan məhrum edildiyimizə dair cavab yoxdur".
İ.Kobaxidzenin sözlərinə görə, “Deep State” nümayəndələri Gürcüstan hökumətindən Rusiyaya qarşı sanksiyalara qoşulmağı tələb ediblər, amma hökumət bu təklifi rədd edib. Bunun ardınca isə Ukrayna Prezidenti Volodimir Zelenski Tbilisidəki səfiri geri çağırıb.
"Heç bir Avropa ölkəsi bu qərarı tənqid etmədi, çünki bu, koordinasiyalı şəkildə həyata keçirilmişdi. Bizə deyildi ki, sanksiyalara qoşulmalıyıq və könüllü döyüşçülər göndərməliyik. Biz bunu etmədik, nəticədə səfir geri çağırıldı. Və bu iki səbəbə görə – sanksiyaların tətbiq olunmaması və döyüşçülərin göndərilməməsi – bizə qarşı siyasi təzyiqlər başladıldı", - deyə Baş naziri vurğulayıb.
Oxşar xəbərlər
İrakli Kobaxidze: Gürcüstan “ikinci cəbhə” açmayaraq sülhü qorudu
Kobaxidze: Aİ-yə üzvlüklə bağlı danışıqlara başlamaq Gürcüstan üçün vacib deyil
Kobaxidze: Biz və övladlarımız Avropa bürokratiyasının şantajına məruz qaldıq
Kobaxidze: Ukrayna hökuməti Gürcüstan səfirinin ölkədən çıxarılması qərarına yenidən baxmalıdır
Kobaxidze: ABŞ-də FARA-nın yumşaldılması "dərin dövlət" və Gürcüstan faktoru ilə bağlıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fələstin Prezidenti HƏMAS-ı Qəzza zolağında nəzarətdən imtina etməyə çağırıb
-
İranlı nazir Qriqoryanla Bakı və İrəvan arasında normallaşma prosesini müzakirə edib
-
ABŞ-da tornado nəticəsində azı 21 nəfər ölüb, çox sayda yaralı var
-
Rumıniyada prezident seçkilərinin ikinci turu keçiriləcək
-
Misir Prezidenti Trampdan Qəzzada sülhə nail olmaq üçün səy göstərməsini xahiş edib
-
Vüqar Rəhimzadə: Azərbaycanın Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirakı dialoq və əməkdaşlığa verdiyi önəmidir
