Gələn ildən pensiyaların indeksləşdirilməsi qaydası dəyişəcək.
Sizinxeber.Az "Xəzər" TV-yə istinadən xəbər verir ki, deputat Vüqar Bayramovun sözlərinə görə, 2027-ci ildən orta aylıq əməkhaqqı məbləğinədək olan pensiyalar tam indeksləşdiriləcək.
Deputat bildirib ki, məqsəd aşağı və yüksək məbləğdə pensiya alan vətəndaşların pensiyaları arasındakı fərqi azaltmaqdır.
Vüqar Bayramovun sözlərinə görə, bu isə həmin şəxslərin pensiyalarında daha çox artımın qeydə alınmasına imkan verəcək.