Ermənistanın ABŞ-də səfiri vəzifəsinə iki şəxsin namizədliyi nəzərdən keçirilir
sizinxeber.az xəbər saytı

Ermənistanın ABŞ-də səfiri vəzifəsinə iki şəxsin namizədliyi nəzərdən keçirilir


Ermənistan Lilit Makuntsun səlahiyyət müddətinin başa çatmasına bir neçə ay qaldığı üçün ABŞ-də səfir vəzifəsinə iki namizədi nəzərdən keçirir.

"Report" xəbər verir ki, bu barədə erməni KİV-ləri hakim "Vətəndaş müqaviləsi" partiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, deputat Arsen Torosyanın və əmək və sosial məsələlər naziri Narek Mkrtçyanın namizədlikləri müzakirə olunur.

Qeyd edilib ki, A.Torosyan son vaxtlar tez-tez baş nazir Nikol Paşinyanı xarici səfərlərində müşayiət edir.

Hakim qüvvənin xarici əlaqələrinə cavabdeh olan N.Mkrtçyana gəlincə, o, son illərdə ABŞ-yə dəfələrlə səfər edib, müxtəlif forumlarda iştirak edib, ABŞ Prezidenti Donald Trampın andiçmə mərasimində iştirak edib.

Oxşar xəbərlər

Yaponiyanın XİN başçısı Donald Trampın andiçmə mərasimində iştirak edəcək
BMT-nin Baş katibi Trampın andiçmə mərasimində iştirak etməyəcək
Ermənistan KİV: Səlahiyyətlərinə xitam verilən deputat Rusiyaya səfir göndərilə bilər
Ermənistanda hakim partiyanın toplantısında qalmaqal, Paşinyan iclası tərk edib
Paşinyan İranın yeni seçilən prezidenti ilə görüşüb -YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər