Vətəndaşlığı olmayan şəxslər Rusiya ordusunda xidmət edə biləcək
sizinxeber.az xəbər saytı

Vətəndaşlığı olmayan şəxslər Rusiya ordusunda xidmət edə biləcək


Rusiya hökuməti Dövlət Dumasına təqdim etdiyi yeni qanun layihəsinə əsasən vətəndaşlığı olmayan şəxslərə orduda və hərbi birləşmələrdə hərbi xidmət üçün müqavilə bağlamaq hüququ veriləcək.

“Sizinxeber.az” xəbər verir ki, təşəbbüs özündə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əlavələr, habelə altı əlaqəli federal qanuna müvafiq düzəlişləri ehtiva edir.

Yeni düzəlişlərə görə, Rusiya ordusunda ruslarla yanaşı, xarici vətəndaşlar da xidmət edə bilər. Vətəndaşlığı olmayan şəxslər Rusiya vətəndaşlığına malik olmayan və başqa ölkənin vətəndaşlığına dair sübutları olmayan şəxslərdir.

Qanun qəbul olunarsa, dərc edildiyi gündən qüvvəyə minəcək.

Oxşar xəbərlər

Rusiya vətəndaşlığı olmayan şəxslərə orduda xidmət etməyə icazə verə bilər
DMX: Ötən ay əcnəbi və vətəndaşlığı olmayan şəxslər Azərbaycanda yaşamaq üçün altı mindən çox müraciət ediblər
Rusiyada əcnəbilərə vətəndaşlıq verilməsi prosedurunda yenilik edilib
Azərbaycanda Rusiya vətəndaşlarının müvəqqəti qalma müddəti ilə bağlı yeni qaydalar qüvvəyə minib
Müddətli həqiqi hərbi xidmətə çağırışdan azadetmənin əhatə dairəsi genişləndirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər