sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Rusiya vətəndaşlığı olmayan şəxslərə orduda xidmət etməyə icazə verə bilər
Rusiya hökuməti vətəndaşlığı olmayan şəxslərə Rusiya Silahlı Qüvvələri sıralarına qoşulmaq hüququnu verən qanun layihəsini Dövlət Dumasına təqdim edib.
Bu barədə “Sizinxeber.az” Rusiya KİV-ə istinadən xəbər verir.
“Qanun layihəsi “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişikliklər edilməsini nəzərdə tutur, dəyişikliklərə əsasən, vətəndaşlığı olmayan şəxslərə Rusiya Silahlı Qüvvələrində və hərbi birləşmələrində hərbi xidmət keçmək üçün müqavilə bağlamaq hüququnun verilməsi nəzərdə tutulur”, - layihənin izahatında bildirilir.
Qeyd olunur ki, qanun layihəsi müqavilə əsasında hərbi xidmətə gedə biləcək şəxslərin dairəsini genişləndirmək məqsədi daşıyır.
Oxşar xəbərlər
Rusiyada əcnəbilərə vətəndaşlıq verilməsi prosedurunda yenilik edilib
Prezidentdən hərbi xidmətə çağırışla bağlı sərəncam
Azərbaycanda hərbçilərin pensiyaya çıxmaq yaşı artırılır
Hərbçilərin pensiya yaşı ARTIRILIR
Milli Məclisin iclası başlayıb, gündəlikdə 27 məsələ var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













