sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Belqorod vilayətinin kəndi atəşə tutulub, 9 nəfər yaralanıb
Rusiyanın Belqorod vilayətinin Şebekino kəndinin atəşə tutulması nəticəsində doqquz nəfər yaralanıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov teleqramda bildirib.
“Şebekinoda vəziyyət kəskin ağır olaraq qalır. Son sutkada 9 nəfər zərər çəkib. Bir qadın ağır vəziyyətdə reanimasiyadadır”, – vilayətin rəhbəri qeyd edib.
Qladkovun sözlərinə görə, Şebekinoda səkkiz çoxmənzilli evə, 18 fərdi evə, 15 avtomobilə ziyan dəyib.
“Evlərdən biri tamamilə məhv olub, iki avtomobil yanıb”, – qubernator vurğulayıb.
Xatırladaq ki, ötən gün Qladkov Şebekinodakı sənaye müəssisəsinin ərazisinə mərmi düşdüyünü bildirmişdi.
Oxşar xəbərlər
Belqorod vilayətinin atəşə tutulması nəticəsində 5 nəfər yaralanıb
Ukrayna Belqoroda növbəti dəfə hücum etdi
Belqorodun atəşə tutulması nəticəsində ölənlərin sayı 18-ə çatıb - YENİLƏNİB-4
Belqorodun atəşə tutulması nəticəsində ölənlərin sayı 14-ə çatıb - YENİLƏNİB-3
Belqorod səmasında daha bir PUA məhv edildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













