“Ukrenergo”nun rəhbəri: Azərbaycan Ukraynanın enerji bazarında oyunçu ola bilər
sizinxeber.az xəbər saytı

“Ukrenergo”nun rəhbəri: Azərbaycan Ukraynanın enerji bazarında oyunçu ola bilər


Ukraynanın “Ukrenergo” şirkətinin Azərbaycanla münasibətlərinin tarixi Rusiyanın Ukrayna ərazisinə müdaxiləsindən əvvələ gedib çıxır.

Bunu “Sizinxeber.az”un Şərqi Avropa bürosuna müsahibəsində Ukraynanın “Ukrenergo” Milli Energetika Şirkətinin rəhbəri Volodimir Kudritskiy bildirib.

Onun sözlərinə görə, müharibədən xeyli əvvəl “Ukrenergo” Azərbaycanın müxtəlif növ avadanlıqların, transformator avadanlıqlarının və elektrik avadanlıqlarının tədarükü üzrə əməkdaşlıq edirdi: "Azərbaycanın müxtəlif şirkətləri ilə beynəlxalq layihələr çərçivəsində əməkdaşlıq etmişik, ona görə də bizim üçün onun şirkətlər, biznesi çoxdankı tərəfdaşlardır".

“Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan sonra ən çətin dövr 2022-23-cü illəri əhatə edir. Əhalinin elektrik enerjisi ilə təminatı üçün Azərbaycandan humanitar xarakterli əhəmiyyətli yardımlar aldıq. Azərbaycan hökuməti və şirkətlər Ukrayna xalqına enerji sistemində dəstək verdilər. Buna görə biz Azərbaycana çox minnətdarıq”, - “Ukrenergo” rəhbəri vurğulayıb.

V.Kudritskiy qeyd edib ki, müharibə bitdikdən sonra Ukrayna bazarı onilliklər ərzində qitədə ən böyük yenidənqurma bazarı olacaq: “Burada tamamilə müxtəlif istiqamətli şirkətlər, o cümlədən elektrik avadanlıqları, materiallar, fabriklər üçün avadanlıqlar, fabriklər üçün yer olacaq. Biz Azərbaycanın Ukraynanın enerji sektorunda iştirakını gözləyirik. Ukraynanın enerji sektorunun yenidən qurulmasında Azərbaycan fəal iştirakçı olacaq. Söhbət təkcə ənənəvi elektrik enerjisinin istehsalından, şəbəkə və yarımstansiyalardan deyil, həmçinin bərpa olunan enerji mənbələrindən gedir. Əminəm ki, Azərbaycan Ukrayna bazarında oyunçu ola bilər”.

Şirkət rəhbəri əlavə edib ki, Ukrayna və Azərbaycanda avtotransformator avadanlıqlarının istehsalı üçün kifayət qədər unikal istehsal müəssisələri var. “Ukraynada bu texnikanın böyük çatışmazlığı var. Avropada yaşıl enerjinin inkişafı şəbəkələrə böyük sərmayə qoyulmasına gətirib çıxarıb. Və yüksək gərginlikli avtotransformatorlar kimi istehsal texnologiyalarına sahib olan ölkələrin böyük üstünlüyü var. Məncə, bu sahədə əməkdaşlıq bizim şirkətlər üçün maraqlı olardı”, - əlavə edib.

Oxşar xəbərlər

Ukrayna humanitar yardıma görə Azərbaycana təşəkkür edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiyanın hücumları nəticəsində Ukraynanın “Tripolye" İES-i tamamilə dağılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ institutu: Ukrayna ordusunda silah-sursat çatışmazlığı var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycandan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım yola salınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Blinken və Sallivan Zelenski ilə Ukraynanın bərpasını müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər