Korrupsiyaya bulaşmış Avropa Parlamentinə seçkilərdəki pozuntular kimin işinə yarayacaq? - ŞƏRH
Avropa İttifaqı və NATO-nun mərkəzi olan Belçikada iyunun 9-dan seçki marafonuna strat verilib. Yerli və Avropa parlamentinə keçirilən seçkilərdə 8 milyon 359 min 908 seçicinin səs verəcəyi bildirilir.
Avropa Parlamentindəki seçkilərdən söz düşmüşkən, qeyd edək ki, uzun müddətdir sözügedən təşkilat adının üzərinə qara kölgə kimi çökən rüşvət qalmaqalı ilə mübarizə aparır. Çox uzağa getməyək, 2022-ci ildə polis tərəfindən Avropa Parlamentinin sədr müavini, yunanıstanlı deputat Eva Kaylin həbs edilməsi ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Belçikanın federal müstəntiqləri Kayli də daxil olmaqla, saxlanılanları rüşvət qismində külli miqdarda pul və müxtəlif bahalı hədiyyələr almaqla Qətərin xeyrinə AP-də qəbul edilən qərarlara təsir göstərməkdə, qanunsuz lobbiçilikdə ittiham edib.
Rüşvəti adət eləmiş avroparlamentarilərin növbəti qalmaqalı isə “Russiagate” işi ilə bağlı olub. İronik görünsə də, parlament üzvlərinə “Voice of Europe” saytı vasitəsilə Rusiya təbliğatının genişləndirilməsi üçün rüşvət verilib. Bununla əlaqədar olaraq Belçika polisi parlamentin ofisində axtarış aparıb. Axtarışlar zamanı bu ölkənin hüquq-mühafizə orqanları Avropa Parlamentinin əməkdaşlarının bu işdə aparıcı rol oynadıqlarına dair əlamətlər aşkarlayıblar. Parlamentin sözçüsü isə bütün olanlar qarşısında susqunluğunu qoruyub.
Bir çox siyasətçi düşünür ki, ayrı-ayrı maliyyə qurumlarının əlaltısına çevrilən Avropa Parlamenti hazırkı seçkilərdə rüşvət, qanun pozuntusu kimi ləkələrdən xilas olmağı hədəfləyib.
Onu da qeyd edək ki, bəzi xarici KİV-də hazırda davam edən seçkilər zamanı müəyyən “texniki pozuntuların qeydə alındığı” bildirilib. Məsələn,
İllərdir Azərbaycanı qeyri-demokratik, insanların hüquqlarını pozan ölkə kimi qələmə verəməyə çalışanlar bu gün öz vurmaq istədikləri yerdən sınağa çəkilir. Bu sınaqdan necə çıxacaqlarını isə zaman göstərəcək.
Oxşar xəbərlər
Slovakiyada Avropa Parlamentinə deputat seçkiləri iyunun 8-nə təyin edilib
Almaniyada müsəlmanların maraqlarını müdafiə edən partiya Avropa Parlamentinə seçilmək niyyətindədir
İşdən çıxarılan polkovnik-leytenant hansı maddələrlə ittiham edilir?
Bu rayonda anti-korrupsiya ƏMƏLİYYATI - Vəzifəli şəxs HƏBS EDİLDİ
Külli miqdarda rüşvət almaqda təqsirləndirilən keçmiş gömrük əməkdaşının məhkəməsi başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yeni il ərəfəsində bölgələrdə ev kirayələmək neçəyə başa gəlir?
-
Futbol üzrə Azərbaycan Kubokunda ilk 1/4 finalçı müəyyənləşib
-
UNEC-də Beynəlxalq Əlilliyi olan şəxslər gününə həsr edilmiş tədbir keçirilib
-
Mingəçevirdə yük maşını piyadanı vuraraq öldürüb
-
Sumqayıtda 91 yaşlı qadın 9-cu mərtəbədən yıxılaraq ölüb
-
Azərbaycanda mülki silahın əldə edilməsi proseduru elektronlaşdırılır