İbrahim Kalın: Dünyada ikiqütblülük çoxqütblülüklə əvəzlənir
Dünyada ikiqütblülük çoxqütblülüklə əvəzlənir.
“Sizinxeber.az” “Habertürk”ə istinadən xəbər verir ki, bunu Türkiyə Milli Kəşfiyyat İdarəsinin rəisi İbrahim Kalın Almaniyada Münxen Təhlükəsizlik Konfransında çıxışında deyib.
O bildirib ki, belə bir vəziyyətdə Türkiyə kəşfiyyatı işini sürətlə davam etdirir: “Terrorla mübarizə, qanunsuz miqrasiya, kibertəhlükəsizlik kimi sahələrdə də işlərimizi davam etdiririk”.
İ. Kalın qeyd edib ki, həm Yaxın Şərqdə baş verən hadisələr, həm də Rusiya – Ukrayna müharibəsi Türkiyəyə birbaşa təsir edir: “Dünya iqtisadiyyatının nizama düşməsi üçün sülh vacibdir. Bu mənada Rusiya – Ukrayna savaşına danışıqlar yolu ilə son qoyulmalıdır”.
Türkiyə kəşfiyyatının başçısı həmçinin Suriyaya qarşı sanksiyaların aradan qaldırılmasının vacibliyinə diqqət çəkib: “Regionda İŞİD və PKK kimi terror təşkilatlarının mövcudluğuna icazə verilməməlidir”.
Oxşar xəbərlər
İbrahim Kalın: Rusiya-Ukrayna müharibəsi beynəlxalq hüquqa uyğun formada başa çatmalıdır
Hakan Fidan və İbrahim Kalın Suriyada səfərdədir
Türkiyə Milli Kəşfiyyat Təşkilatının sədri Suriyada səfərdədir
Türkiyə XİN Hakan Fidanın Dəməşqə getdiyi barədə xəbəri təkzib edib - YENİLƏNİB
TBMM sədri: ABŞ Rusiya ilə Ukrayna arasında sülh istəmir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













