sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
İrəvandə müxalifətin mitinqi başlayıb
Ermənistanın "Vətən uğrunda Tavuş" hərəkatının bir neçə min tərəfdarı hökumətə etiraz etmək üçün İrəvanın mərkəzindəki Respublika Meydanına toplaşıb.
Bu barədə "Sizinxeber.az" Ermənistan mətbuatına istinadən xəbər verir.
Respublika meydanı etirazçılarla dolub, Tavuş yeparxiyasının keşişi Baqrat Qalstanyan da onlara qoşulub. Meydanın yaxınlığında polis qüvvələri və xüsusi texnika var.
Bundan əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidməti mayın 9-da planlaşdırılan etiraz aksiyasının iştirakçılarına xəbərdarlıq edərək, konstitusiya quruluşunu təhdid edən hər hansı qanunsuz hərəkətin qanunla nəzərdə tutulmuş bütün vasitələrdən istifadə etməklə qarşısının alınacağını vəd edib.
Oxşar xəbərlər
Erməni müxalifətinin lideri Paşinyana istefaya getməsi üçün bir saat vaxt verib
Paşinyan istefa verəcək? - Özü açıqlayıb
Serbiyada müxalifət tərəfdarları aksiya keçirib
Erməni keşiş xütbəsində hayları Azərbaycanla müharibəyə ÇAĞIRIB
Müxalifət Belqradda növbəti etiraz aksiyası keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













