İrəvanda Aİ nümayəndəliyinin qarşısında etiraz aksiyası keçirilir
Ermənistanın paytaxtı İrəvanda bir qrup etirazçı Avropa İttifaqının (Aİ) nümayəndəliyi qarşısında aksiya keçirir. Onlar avropalı diplomatlardan xuliqanlıq ittihamı ilə həbs olunan müxalif fəallar və blogerlərin, o cümlədən “İmnemimi” podkastının müəllifləri Narek Samsonyan və Vazgen Saqatelyanın siyasi təqiblərə məruz qaldığına diqqət yetirmələrini tələb edirlər.
“Sizinxeber.az” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə etiraz aksiyası zamanı vəkil Arsen Babayan jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, indiki hakimiyyət ancaq avropalıların fikirlərinə qulaq asır: “Aİ baş verənlərə göz yummamalıdır”.
Vəkil qeyd edib ki, Aİ müxtəlif məsələlərlə bağlı keçmişdə dəfələrlə siyasi bəyanatlar verib: “Bu gün Aİ-nin yenidən reaksiya verməsi və Ermənistanda baş verənləri xarici diplomatlara göstərmək üçün nümayişçilərin toplaşmasına ehtiyac var”.
Xatırladaq ki, müxalif blogerlər martın sonunda podkastda Ermənistanın baş naziri Nikol Paşinyanın ünvanına təhqiramiz ifadələr səsləndirdikdən sonra həbs edilib.
Oxşar xəbərlər
Paşinyan istefa verəcək? - Özü açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Müxalifət Belqradda növbəti etiraz aksiyası keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Blinken Əliyevdən onların azadlığını istəyib: Hansı haqla? [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yeni Kaledoniyada "Dəmir Yumruq" şüarı altında növbəti etiraz aksiyası keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Berlin küçələrinə 150 mindən çox etirazçı çıxıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












