Ermənistanda dövlət sektorunda xidməti avtomobillərin sayı tarixi minimuma qədər azaldılır
Ermənistanın dövlət sektorunda xidməti avtomobil parkı 423 maşın azalacaq.
“Report” Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə qərar hökumətin bu gün keçirilən iclasında qəbul edilib.
Xidməti avtomobillər faktiki olaraq yalnız qurumların yüksək rəhbər heyətində qalıb.
Ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan iclasda bildirib ki, 52 qurumda avtomobillərin sayı azaldılaraq elektron hərrac vasitəsilə satılması üçün Dövlət Əmlakının İdarə Edilməsi üzrə Komitəyə veriləcək.
O qeyd edib ki, yaxın vaxtlarda bu proses yerli özünüidarəetmə orqanlarında da davam etdiriləcək.
Baş nazir Nikol Paşinyan bununla əlaqədar qeyd edib ki, ölkədə xidməti avtomobil parkında avtomobillərin sayı tarixi minimuma qədər azalıb.
Oxşar xəbərlər
Paşinyan nazirliklərin xidməti avtomobillərinin sayını azaldır
Ermənistanın baş naziri və prezidentinin xarici səfərləri üçün əlavə 65 min dollar ayrılacaq
Azərbaycanda utilizasiyaya qəbul olunmuş avtomobillərin sayı açıqlanıb
Rusiyanın çevriliş hazırlaması xəbərinə Paşinyanın cavabı
Bu ilin 9 ayı ərzində respublikanın avtomobil yollarında qəzaların sayı azalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
Prezident İlham Əliyevin doğum günüdür












