Baş katib: Ermənistana Aİİ və MDB ilə əməkdaşlıq etməmək çətin olacaq
sizinxeber.az xəbər saytı

Baş katib: Ermənistana Aİİ və MDB ilə əməkdaşlıq etməmək çətin olacaq


Avrasiya İqtisadi İttifaqı (Aİİ) və MDB ilə əməkdaşlıq etməmək Ermənistana çətin olacaq.

“Sizinxeber.az” Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu Birliyin baş katibi Sergey Lebedev bildirib.

"Ermənistan xalqı üçün əlavə çətinliklər, problemlər nəyə lazımdır? MDB ölkələri və Belarus, bildiyim qədər Ermənistana bu qarşılıqlı əlaqəni qoruyub saxlamağa kömək etməyə hazırdır", - o qeyd edib.

Ermənistanla ABŞ arasında yaxınlarda imzalanmış strateji tərəfdaşlıq xartiyası və İrəvanın Aİ-yə qoşmaq planlarından danışan MDB baş katibi qeyd edib ki, çox sənəd imzalanır, lakin sonra yerinə yetirilmir.

"Çox sənəd imzalanır, lakin onların hamısı yerinə yetirilmir. Sonra həyat öz düzəlişlərini edir", - S.Lebedev bildirib.

Xatırladaq ki, yanvarın 9-da Ermənistan hökuməti Aİ-yə daxil olma prosesinin başlanması haqqında qanun layihəsini təsdiqləyib və parlamentə göndərib.

Ermənistan parlamentinin Avropaya inteqrasiya üzrə komissiyası yanvarın 24-də ölkənin Avropa İttifaqına (Aİ) üzvlük prosesinin başlanması haqqında qanun layihəsinə müsbət rəy verib.

Oxşar xəbərlər

Avropa Komissiyası Ermənistanla Aİ-yə daxil olma təşəbbüsünü müzakirə edəcək
Aİ Ermənistana 292, ABŞ isə 65 milyon dollar məbləğində vəsait verəcək
Ermənistan parlamentinin komitəsi Aİ-yə üzvlük prosesi ilə bağlı qanun layihəsini təsdiqləyib
Ermənistanla ABŞ arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalanacaq
Baş nazirin müavini: Rusiya hələ ötən il Ermənistanla biznes əməliyyatlarını azaltmağa başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər