Lavrov: Ermənistan rəsmiləri onlara Avropa İttifaqına daha çox bel bağlamaq lazım olduğunu açıq deyirlər
Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistan baş naziri Nikol Paşinyanı ikitərəfli münasibətlərin pozulmasında ittiham edib.
“Sizinxeber.az” xəbər verir ki, o, bu barədə “İzvestiya”ya müsahibəsində deyib.
“Müxtəlif görüşlər üçün İrəvana gedəndə baş nazir Nikol Paşinyanla da danışmışam. Mənə elə gəlirdi ki, o, Rusiya ilə müttəfiqlik münasibətlərinin davam etdirilməsinin, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində qarşılıqlı fəaliyyətin Ermənistana nə fayda gətirəcəyini hələ də başa düşür. Amma indi həm Ermənistanın Təhlükəsizlik Şurasında, həm də parlamentdə Ermənistan rəsmiləri birbaşa deyirlər ki, bizə Avropa İttifaqına daha çox bel bağlamaq lazımdır. Onların sözlərinə görə, KTMT guya respublika qarşısında öz öhdəliklərini yerinə yetirmir”, - nazir bildirib.
Oxşar xəbərlər
Ermənistan KTMT-də iştirakını dondurduğunu rəsmən açıqlayıb
Paşinyan daxili və xarici siyasətdə məsuliyyəti öz üzərindən atmağa çalışır - Rəsmi Moskva
Ermənistan KTMT-də iştirakını dondurduğunu rəsmən açıqlayıb
KTMT-nin Baş katibi sabah İrəvana səfər edəcək
Rusiya XİN Paşinyandan izahat tələb edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb












