İranda onlarla ərəb şair və incəsənət xadimi həbs edilb
sizinxeber.az xəbər saytı

İranda onlarla ərəb şair və incəsənət xadimi həbs edilb


İranın Xuzistan əyalətində ərəb etnik qrupundan olan onlarla şair və incəsənət xadimi təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən həbs edilib.

“Report” “İran İnternational”a istinadən xəbər verir ki, bu barədə məlumatı “Harana” hüquq müdafiəsi saytı yayıb.

Bildirilib ki, hazırda onların 28-nin kimliyi təsdiqlənib.

“Karun” hüquq müdafiə təşkilatının hesabatına əsasən, yanvar ayı başlayandan İranın Əhvaz, Şadqan, Ramşir, Şüştə, Xürrəmşəhr və Susanqard şəhərlərində ərəb etnik qrupundan olan 30-a yaxın İslam Respublikası vətəndaşı yerli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

“Haleş” qəzetinin məlumatına görə, Sistan və Bəlucistanda azı 38 nəfər saxlanılıb.

Qeyd edək ki, ötən gün İran polisi bu əyalətdə iki bəluc gəncə atəş açaraq öldürüb.

Bildirilib ki, beynəlxalq insan hüquq müdafiəsi təşkilatının hesabatına əsasən, ötən il İranda azı 2 783 ictimai və siyasi fəal həbs edilib.

Oxşar xəbərlər

İranda həbsdə olan jurnalistlərin sayı artıb
İran həbsxanalarında son bir ayda 55 məhbus edam edilib
İranın Bəlucistan əyalətində silahlı qruplaşmanın üzvləri həbs olunub
İranda qadınlara qarşı repressiyalarla bağlı hesabat yayılıb - FOTO
İranda 10 bəhai qadın 90 il azadlıqdan məhrum edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle