Kavelaşvili Tbilisidəki prezident sarayında işə başlayıb
Gürcüstan Prezidenti Mixail Kavelaşvili Tbilisidə, sələfi Salome Zurabişvilinin əvvəllər işlədiyi Orbeliani meydanındakı prezident sarayında işə başlayıb.
“Report” xəbər verir ki, bu barədə “İmedi” telekanalı məlumat yayıb.
Kanal qeyd edib ki, Kavelaşvili vətəndaşlara yeni il müraciəti etməyi hazırlaşır.
Dekabrın 29-da səlahiyyət müddəti başa çatan Zurabişvili dəfələrlə bəyan edib ki, o, legitim prezidentdir və səlahiyyət müddətinin başa çatmasına baxmayaraq, prezident olaraq qalmaqda davam edəcək.
Gürcüstanda bəzi müxalifət siyasətçiləri Zurabişvilini sarayı tərk etməməyə çağırıblar. Lakin Kavelaşvilinin andiçmə mərasimi günü o, Orbelianidəki iqamətgahı tərk edəcəyini bəyan edib.
Oxşar xəbərlər
Mixail Kavelaşvili Gürcüstanın altıncı prezidenti olacaq
Gürcüstan Prezidenti Zurabişvili Orbeliani sarayını tərk edəcəyini açıqlayıb
Mixeil Kavelaşvili Gürcüstan Prezidenti seçilib
Bu gün Gürcüstanın yeni prezidentinin inauqurasiyası keçiriləcək
Gürcüstanın altıncı Prezidenti Mixeil Kavelaşvili and içib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













