Ermənistan ordunu Rusiyanın təsirindən uzaqlaşdırmağa və NATO kadrlarını cəlb etməyə çalışır
Ermənistan silahlı qüvvələrinin sıralarında yeni kadr dəyişikliklərinin əsas məqsədi “Rusiya məktəbi” keçmiş və Moskvanın təsiri altında olan kadrlardan xilas olmaqdır.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
Bildirilib ki, Ermənistan hakimiyyəti kadr dəyişikliyinin uzun müddət əvvəl planlaşdırıb: “Amma İrəvan fevralın 12-də Azərbaycan-Ermənistan şərti sərhədində baş verən gərginlikdən istifadə edərək ictimaiyyətin diqqətini kadr dəyişikliklərinin əsas mahiyyətindən yayındırıb”.
“Lakin reallıqda Müdafiə Nazirliyindəki mənbələrimizin daha əvvəl bildirdiyi kimi, kütləvi kadr dəyişikliklərinin məqsədi tamam başqadır. Ermənistanın baş naziri Nikol Paşinyan və müdafiə naziri Suren Papikyan köhnə kadrlardan qurtularaq, hərbi elita formalaşdırmaq qərarına gəliblər” - məqalədə vurğulanıb.
Qeyd edilib ki, bu ölkənin hakimiyyəti ordunu Rusiyayönümlü kadrlardan, xüsusən də yüksək vəzifələrdə çalışan kadrlardan “təmizləmək” yolu ilə yeni hərbi elita formalaşdırmağa çalışır: “Söhbət “Rusiya məktəbi” keçmiş və Moskvanın təsiri altında olan yüksək rütbəli hərbçilərdən gedir. Bunun müqabilində onlar NATO kadrlarının sayını artırmaq niyyətindədirlər”.
Oxşar xəbərlər
Rusiyalı deputat Paşinyanın bəyanatını alçaqlıq adlandırıb
Paşinyan daxili və xarici siyasətdə məsuliyyəti öz üzərindən atmağa çalışır - Rəsmi Moskva
Papikyan sərhədimizə gəldi, döyüş mövqeyinə baş çəkdi
Ermənistan və Yunanıstan arasında hərbi əməkdaşlıq haqqında saziş imzalanıb - FOTO
Paşinyan Lavrovun açıqlamasını vecinə almadı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













