Mirzoyan Azərbaycanla sülh sazişi üzərində iş barədə almaniyalı həmkarını məlumatlandırıb
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İrəvanda almaniyalı həmkarı Annalena Berbok ilə görüşündə onu İrəvan və Bakı arasında sülh sazişinin tamamlanması üzrə işlər barədə məlumatlandırıb.
“Report” xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi yayıb.
“Cənubi Qafqazda sabitliyin təmin edilməsi kontekstində Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanması prosesi müzakirə edilib. Nazir Mirzoyan bu prosesdəki son inkişafları, o cümlədən Ermənistan – Azərbaycan sülh müqaviləsi layihəsinin tamamlanması istiqamətində aparılan işləri təqdim edib və müqavilənin imzalanmasının vacibliyini vurğulayıb”, – məlumatda qeyd olunub.
Xatırladaq ki, daha əvvəl Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Azərbaycanın Ermənistanla şərti sərhədində müasir istehkam qurğularının qurulmasını təklif etmişdi.
Oxşar xəbərlər
Berbok və Mirzoyan İrəvanla Bakı arasında sülh prosesini müzakirə ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mirzoyan: Ermənistan Azərbaycanla sülh sazişi imzalamaqda maraqlıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ararat Mirzoyan: Bakı ilə İrəvan arasında ən qısa vaxtda sülh sazişinin imzalanması üçün real şans var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Almaniya XİN Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləməyə hazır olduğunu bəyan edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İrəvanda etirazçılar XİN binasının qarşısına toplaşıblar - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












