Gürcüstanın Baş naziri müxalifətə seçkilərlə bağlı çağırış edib
“Müxalifətin saxtakarlıqla bağlı ittihamlarına baxmayaraq, Gürcüstanda keçirilən parlament seçkilərində ciddi pozuntuları göstərən faktlar yoxdur”.
“Report” xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
“Əslində, saxtalaşdırmadan söhbət getdiyindən yox, bu seçkilərdə hər hansı ciddi qanun pozuntusunun ola biləcəyini göstərən faktlar yoxdur”, - deyə o qeyd edib.
O qeyd edib ki, müxalifətin saxtalaşdırmanın olmadığını bəyan etməkdən başqa yolu yoxdur.
Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. Ölkənin Mərkəzi Seçki Komissiyasının açıqladığı yekun nəticəyə əsasən “Gürcü Arzusu” 54,24% səs toplayıb. Hakim partiyanı 1 087 801 seçici dəstəkləyib. Gürcüstanda dörd qərbyönümlü müxalifət koalisiyası isə ümumilikdə 37,33% səs toplaya bilib.
İlkin rəsmi nəticələr açıqlandıqdan sonra qələbə münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev Baş nazir İrakli Kobaxidzeni təbrik edib. Həmçinin bu seçkidə 13 azərbaycanlı deputatlığa namizəd olub, onlardan üçü parlamentə seçilib.
Oxşar xəbərlər
Orban: Gürcüstanda seçkilərin demokratik keçdiyini heç kim inkar edə bilməz
Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir
Kobaxidze: Seçkilərdə ciddi pozuntuları göstərən hər hansı fakt yoxdur
Bu gün Gürcüstanda parlament seçkiləri keçiriləcək
Peter Siyarto: Gürcüstanın hakim partiyası kənar müdaxilələrə baxmayaraq seçkilərdə qalib gəlib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













