Gəncədə daha iki şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Sizinxeber.Az bu barədə "Qafqazinfo"ya istinadən xəbər verir. Onların 2012-ci il təvəllüdlü Z.Əsədullayeva və 2015-ci il təvəllüdlü N.Rzayeva olduğu qeyd edilir.
Orta məktəbdə baş vermiş zəhərlənmə faktı ilə bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.
"Zəhərlənmənin səbəbinin müəyyən olunması məqsədilə zəruri nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib, eləcə də araşdırma üzrə əhəmiyyət kəsb edən digər hərəkətlər aparılıb. Xəstəxanaya müraciət edən şəxslər ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb, səhhətləri normaldır", - deyə prokurorluğun məlumatında bildirilib.