Ermənistanda biometrik pasportlar 2026-cı ilin ortalarında istifadəyə veriləcək
sizinxeber.az xəbər saytı

Ermənistanda biometrik pasportlar 2026-cı ilin ortalarında istifadəyə veriləcək


Ermənistanda biometrik pasportlar və şəxsiyyət vəsiqələri 2026-cı ilin ortalarından istifadəyə verəcək.

“Sizinxeber.az” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidmətinin rəis müavini Nelli Davtyan bildirib.

Onun sözlərinə görə, yeni sənədlərin tətbiqinə hazırlıq təxminən 1,5 il əvvəl başlayıb. Bu müddət ərzində bazar araşdırmaları, yerli və beynəlxalq şirkətlərlə danışıqlar aparılıb. Nəticədə gələcək əməkdaşlıq üçün üç böyük beynəlxalq təşkilat seçilib.

Oktyabrın 10-da texniki və maliyyə hissələri də daxil olmaqla tender başlayıb. Müraciətlər yanvarın 8-dək qəbul ediləcək, bundan sonra isə xüsusi komissiya təklifləri qiymətləndirəcək.

Ermənistan vətəndaşlarına biometrik pasportlarla yanaşı, elektron çiplə təchiz edilmiş biometrik şəxsiyyət vəsiqələri də veriləcək.

Oxşar xəbərlər

Rusiyaya gələn əcnəbilərdən biometrik məlumatlar tələb olunacaq
Qazaxıstan 2026-cı ildə “Kaşaqan” yatağında qaz emalı zavodunu işə salmağı planlaşdırır
Ermənistan Bakıda keçiriləcək COP29-da iştirak edəcəkmi?
Azərbaycanda daşınmaz əmlakla bağlı portal istifadəyə veriləcək
Qarabağ universitetinin tələbələrinə də “Smart tələbə kartı” verilə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle