İranda məktəblilərə pulsuz süd verilməsi dayandırılıb
İranda məktəblilərə pulsuz süd verilməsi layihəsinə maliyyə vəsaiti ayrılmayıb.
“Sizinxeber.az” xəbər verir ki, məlumatı “ir.voanews” yayıb.
Bildirilib ki, İranın Səhiyyə və Ərzaq Təhlükəsizliyi Ali Şurasının Baş Katibliyi bu barədə açıqlama yayıb.
Açıqlamaya əsasən, İranın 62 min məktəbində 8 milyon 300 min məktəbliyə bu tədris ili maliyyə çatışmazlığı səbəbindən pulsuz süd verilməyəcək. Qurumun başçısı Məhəmməd İsmayıl Mütləq “Passiv müharibə dövründə Ərzaq təhlükəsizliyi üzrə konfransı”nda Büdcə və plan təşkilatından bu sahəyə maliyyə vəsaiti ayırılmasını istəyib.
Yerli mütəxəssislərin qənaətincə, Tehran hakimiyyəti hər il müxtəlif ölkələrdə siyasi-dini ideologiyasını təbliğ etmək üçün milyonlarla maliyyə vəsaiti xərcləyir. Onlar bildirib ki, hökumət Qəzza zolağında HƏMAS-a, Livanda “Hizbullah”a, Yəməndə husilərə milyonlarla dollar xərcləyir, onlara müxtəlif hərbi texnika ötürür.
Oxşar xəbərlər
İranda 164 min uşaq məktəbə getmir
İranda üçgünlük matəm elan edilib - YENİLƏNİB - 2
İranın xarici banklardakı depozitləri azalıb
USAID Ermənistana 250 milyon dollar maliyyə yardımı ayıracaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcək
-
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi istehlak xərclərinin 77 %-ini formalaşdırıb
-
Futbol üzrə İran milli komandasının təlim-məşq düşərgəsi ABŞ-dən Meksikaya köçürülüb
-
Levandovski "Barselona"nın tarixində ən yaxşı 10 bombardir sırasına daxil olub
-
Türkiyədə torpaq mübahisəsi 15 nəfərin yaralanması ilə nəticələnib
-
Bakıda “Hyundai” markalı minik avtomobili yanıb
