İranda qəbiristanlıqdan oğurluq etməkdə şübhəli bilinən on nəfər həbs edilib
İranın “Behişti-Zəhra” qəbiristanlığından kabel və elektrik enerjisi oğurlamaqda şübhəli bilinən on nəfər həbs edilib.
“Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə Tehran Polis İdarəsinin başçısı Əli Qudarzipur bildirib.
Onun sözlərinə görə, saxlanılanlar tutduqları əməli etiraf ediblər: “Bu dəstənin dörd ay ərzində etdiyi qarət on milyard rial (240 min dollar) məbləğindədir”.
“Behişti-Zəhra” dünyanın və İranın ən böyük qəbiristanlıqlarından biridir.
Tehrandan altı kilometr cənubda yerləşən qəbiristanlıq 1970-ci il iyulun 25-də açılıb. Qəbiristanlıq İmam Əlinin həyat yoldaşı Fatimeyi-Zəhranın şərəfinə ”Behişti-Zəhra” adlandırılıb. Burada İran-İraq müharibəsinin şəhidləri və o cümlədən bir çox dini və siyasi liderlərin məzarları yerləşir.
Oxşar xəbərlər
İranda İsrailə casusluqda şübhəli bilinən 12 nəfər həbs edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Babək rayonunda evdən oğurluq etməkdə şübhəli bilinən şəxslər tutulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hacıqabulda xırdabuynuzlu heyvanlar oğurlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İranda insan oğurlamağı planlaşdırmaqda şübhəli bilinən 12 əfqan mühacir saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İranın qonşuları ilə ticarət dövriyyəsi 19 milyard dolları ötüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












