BMT Təhlükəsizlik Şurası gələn həftə iclas keçirəcək
BMT Təhlükəsizlik Şurası (TŞ) "Şimal axını" qaz kəmərlərində baş verən partlayışlarla bağlı sentyabrın 26-da iclas keçirəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova IV Avrasiya Qadınlar Forumu çərçivəsində keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, Rusiya tərəfi 2022-ci ilin sentyabrında “Şimal axını”nda baş vermiş partlayışların təhqiqatını başa çatdırmaq niyyətindədir.
“Biz həqiqətləri ictimaiyyətə çatdırmaq üçün çoxtərəfli formatlar çərçivəsində də əlimizdən gələni edəcəyik. Növbəti addımlar arasında Rusiyanın qaz kəmərlərində təxribatla bağlı sentyabrın 26-na planlaşdırılan BMT TŞ-nin iclası da var”, - M.Zaxarova qeyd edib.
Oxşar xəbərlər
BMT TŞ Livandakı partlayışlarla bağlı sentyabrın 20-də iclas keçirəcək
Zaxarova: Qərb postsovet məkanını təcrübə meydanı hesab edir
Zaxarova: Rusiyanın dərinliklərinə zərbələr endiriləcəyi təqdirdə Ukraynadakı münaqişə genişlənə bilər
Zaxarova: Borrellin “reseptlərindən” sonra Aİ ilə Rusiya arasında hərbi toqquşma riski var
Ukraynadakı vəziyyəti hər yerdə gündəmə gətirəcəyik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













