Tbilisidə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş sərgi açılıb
Tbilisidə M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin rəsm qalereyasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş sərgi açılıb.
"Report"un yerli bürosu xəbər verir ki, sərgi M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi və Gürcüstan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə baş tutub.
Sərgidə Azərbaycan və Gürcüstanın tanınmış rəssamları - Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi Kamal Əhməd (Ihmədiv), Gürcüstan Rəssamlar İttifaqının sədri Guram Terstvadze, Gia Mrkozaşvili, Xatuna Sonqulaşvili, Tamaz Mixedlişvili, Teymuraz Kiknavelidze, heykəltaraş Merab Xutaişvilinin 25-dən çox əsəri nümayiş etdirilib.
Sərginin açılışında Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirliyinin əməkdaşları, AZEBİ-nin idarə heyətinin sədri Nəriman Qurbanov, iş adamları, incəsənət və mədəniyyət xadimləri, ictimaiyyət nümayənmdələri iştirak ediblər.
Gürcüstan Rəssamlar İttifaqının sədri Guram Terstvadze "Report"un yerli bürosuna müsahibəsində deyib ki, Azərbaycan və gürcü xalqları arasında çox mehriban dostluq əlaqələri var: "Münasibətlərimizin inkişafında incəsənət və mədəniyyət xadimlərinin də rolu böyükdür. Bu yaxınlarda Bakıda gürcü rəssamlarının əsərlərinin sərgisi təşkil olunmuşdu. Bu gün isə Gürcüstan Rəssamlar İttifaqı Axundov Muzeyi ilə brilikdə yeni bir sərgi təşkil edib və bu sərgi Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunub. Düşünürəm ki, bu cür tədbirlər təkcə mədəni əlaqələrimizin deyil, bütövlükdə münasibətlərimizin daha da genişlənməsinə və möhkəmlənməsinə xidmət edir”.
Səfir Faiq Quliyev sərginin təşkilini yüksək qiymətləndirib, təşkilatçılara təşəkkür edib. Bildirib ki, Tbilisidə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş sərginin təşkili ölkələrimiz arasındakı əlaqələrin yüksək səviyyəsinin və bizim möhkəm dostluğumuzun bariz nümunəsidir.


width="220" alt="Azərbaycan Tbilisidə keçiriləcək ənənəvi qış xeyriyyə yarmarkasında iştirak edəcək" />
width="220" alt="Qafarova Gürcüstan parlamentinin sədri ilə görüşdü" />
width="220" alt="Rusiyanı Cənubi Qafqazla birləşdirən Hərbi-Gürcüstan yolu açılıb" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />