İran Silahlı Qüvvələri Hörmüz boğazı yaxınlığında ABŞ-yə məxsus daha bir kəşfiyyat xarakterli pilotsuz uçuş aparatını (PUA) vurduğunu açıqlayıb.
Sizinxeber.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
İran hərbçilərinin iddiasına görə, ABŞ PUA-sı Fars körfəzi üzərində uçuş həyata keçirərkən aşkar edilib. Hörmüz boğazına yaxınlaşdığı zaman isə hava hücumundan müdafiə vasitələri ilə məhv edilib.