Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdi ilə bağlı yeni detallar üzə çıxıb
sizinxeber.az xəbər saytı

Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdi ilə bağlı yeni detallar üzə çıxıb


Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdi ilə bağlı yeni detallar üzə çıxıb.

“Report” xəbər verir ki, yeni faktları “TRT Haber” əldə edib.

Məlumata görə, Prezident Rəcəb Tayyib Ərdoğana sui-qəsd hazırlayan iki zabit illər sonra deşifrə olunub.

Qeyd edilib ki, zabitlər çevriliş cəhdinin qarşısını almaq əvəzinə R.T.Ərdoğana sui-qəsdə hazırlaşan qrupa kömək ediblər.

Yeddi ildən sonra konkret faktlar əsasında onlar haqqında ittiham aktları hazırlanıb.

Bildirilib ki, zabitlər hava məkanını uçuş üçün bağlamayıblar. Beləliklə, onlar sui-qəsd qrupunun işinə kömək ediblər. Həmçinin FETÖ üzvlərinin istifadə etdiyi hava nəqliyyatı vasitələri yanacaqla təmin edilib.

Hər iki müttəhimin məhkəməsi davam edir.

Qeyd edək ki, 15 iyul dövlət çevrilişi cəhdi 2016-cı ildə olub. Çevrilişə cəhd edənlərin məqsədi Türkiyədə mövcud hakimiyyəti devirmək idi. Dövlət çevrilişinə cəhd zamanı 246 nəfər ölüb, 1 536 nəfər yaralanıb. Ölənlərdən 179, yaralılardan 1 391 nəfəri isə mülki vətəndaşdır.

Oxşar xəbərlər

Boliviya Venesuelada dövlət çevriliş cəhdini pisləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Venesuela ABŞ-nin dəstəyi ilə ölkədə dövlət çevrilişi hazırlandığını açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiyanın çevriliş hazırlaması xəbərinə Paşinyanın cavabı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Boliviya məhkəməsi üsyançı generalları həbsxanaya göndərib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hacı Şahinin yerinə gələn imama qarşı sui-qəsd cəhdi: Özü şok detalları açıqladı [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər