Hacı Şahinin yerinə gələn imama qarşı sui-qəsd cəhdi: Özü şok detalları açıqladı
"Bir nəfər olub, gəlib məscidə məni axtarıb, istəyib ki, xətər yetirsin, qəsd etsin. Ancaq əli mənə çatmayıb, məscidin xidmətçilərindən birinə xətər yetirib. Hansısa dini dözümsüzlükdəndir, nədəndir, səbəbini bilmirəm".
Bu sözləri Teleqraf.com-a Məşədi Dadaş məscidinin imamı Əli Şərbətov ona qarşı edilən sui-qəsd cəhdi ilə bağlı danışarkən deyib.
Əli Şərbətov ona qarşı qəsdə cəhd edən şəxsi tanımadığını söyləyib:
"Məhkəmə istintaqında hər şey aydınlaşacaq. Həmin şəxsi heç vaxt tanımamışam. Şübhələndiyim də kimsə olmayıb. Heç kimlə ədavətim, düşmənçiliyim yoxdur. Mən sadə din xadimiyəm. İnsanlar fərqli dünyagörüşlərinə malikdirlər. Şükür, məsciddə sakitlikdir. Vaxtlı-vaxtında dini ayinlər icra olunur, sabitlikdir".
Qeyd edək ki, 2023-cü il dekabrın 30-da Məşədi Dadaş məscidinin imamı Əli Şərbətova sui-qəsdə cəhd edilib. Həmin tarixdə Elşən Hüseynov adlı şəxs məsciddə Əli Şərbətovun otağına daxil olmaq istəyərkən məscidin xidmətçisi Rəsul Həsənli onun qarşısını alıb. Bu zaman Elşən Hüseynov Rəsul Həsənliyə çoxsaylı bıçaq xəsarəti yetirib. Elşən Hüseynov Rəsul Həsənlinin müqavimət göstərməsi səbəbindən Əli Şərbətovun xidməti otağına girə və sui-qəsd istəyini reallaşdıra bilməyib.
Elşən Fəxrəddin oğlu Hüseynov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.3, 29,120.2.6, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 və 277-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunub və barəsində həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Hacı Şahinin yerinə təyin olunan imama sui-qəsd təşkil olunub - Məhkəməsi keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hacı Şahinin yerinə təyin olunan imama qarşı sui-qəsd təşkil olunub, məhkəməsi keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Məşədi Dadaş məscidinin imamına kim sui-qəsd edib?" - Həbs olunan var [xfgiven_updateblue][/xfgiven_updateblue]
CNN: Tramp sui-qəsd işi üzrə FTB-yə ifadə verəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda məsciddən oğurluq: Axundun seyfindən götürdüyü pulları gecə klubunda xərclədi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












