Bəqai: İran rəsmiləri nüvə bombası yaratmaq barədə heç vaxt danışmayıblar
sizinxeber.az xəbər saytı

Bəqai: İran rəsmiləri nüvə bombası yaratmaq barədə heç vaxt danışmayıblar


İran rəsmiləri nüvə bombası yaratmaq barədə heç vaxt danışmayıblar, "10 bomba" iddiası isə ABŞ-nin uydurmasıdır.

"Report" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai SNNTV-nin efirində deyib.

"İran dialoq zamanı heç vaxt nüvə bombası yaratmaqdan danışmayıb, "10 bomba" iddiası isə ABŞ-nin uydurmasıdır", - o bildirib və əlavə edib ki, iyunda baş verən hadisələrə (12 günlük müharibə) baxmayaraq, Tehranın qərarı danışıqlar prosesinə daxil olmaq idi və sonuncu raundda ilkin anlaşma üçün bəzi əsas parametrlər üzrə razılıq əldə edilib:

"Bu, onların (ABŞ-nin – red.) nöqteyi-nəzərindən narahatlıqları aradan qaldırmaq, bizim nöqteyi-nəzərimizdən isə İranın nüvə hüquqlarına zəmanət vermək üçün idi. Qarşı tərəfin təklifi ilə məsələnin texniki aspektlərini müzakirə etmək məqsədilə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin iştirakı ilə Vyanada görüş keçirmək qərara alınıb və bu, hər iki tərəfin sonuncu birgə razılaşması olub".

Onun sözlərinə görə, İranın nüvə bombası yaratmaq istəyi ilə bağlı iddia heç vaxt Tehran tərəfindən irəli sürülməyib. "İyirmi ildən çoxdur ki, dünyanı "İranın nüvə bombası" hekayələri ilə qorxudurlar, halbuki bu mövzu reallıqdan daha çox təzyiq məqsədi daşıyır", - Bəqai bildirib.

Qeyd edək ki, aprelin 21-də Ağ Evin rəhbəri Donald Tramp bildirib ki, ABŞ tezliklə İranın heç vaxt nüvə silahı əldə etməyəcəyinə zəmanət verəcək.

Oxşar xəbərlər

KİV: İran 4 atom bombası yaratmaq üçün uran ehtiyatlarını artıra bilər
İran XİN: Tehran heç vaxt nüvə silahı yaratmayacaq
Blinken İranın nüvə bombası yaratması üçün mümkün vaxt çərçivəsini açıqlayıb
Pezeşkian: İran heç vaxt dinc nüvə enerjisindən imtina etməyəcək
ABŞ: İran nüvə silahı yaratmaq üzərində fəal işləyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər