Erməni fəalla bağlı hökm qüvvədə qalıb
sizinxeber.az xəbər saytı

Erməni fəalla bağlı hökm qüvvədə qalıb


Ermənistan Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin müxalifət fəalı Narek Malyanla bağlı çıxardığı hökmü qüvvədə saxlayıb.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə onun vəkili Ruben Melikyan sosial şəbəkə hesabında yazıb.

"Malyan artıq 11 aydır həbsdədir. O, günahını etiraf etməkdən imtina edib və bütün mümkün üsullarla həbsxanada hakimiyyətlə mübarizəni davam etdirir", - vəkil bildirib.

Onun sözlərinə görə, Malyanın əməllərində cinayət tərkibi yoxdur, prokurorluq isə həbs müddətini 3 il 3 aya qədər artırmaqda israrlıdır.

Melikyan bildirib ki, Apellyasiya Məhkəməsinin qərarından Kassasiya Məhkəməsinə şikayət veriləcək, lakin nəticədən asılı olmayaraq Malyan sentyabrın 19-da azadlığa buraxılacaq.

Aprel ayında “Veto” müxalifət hərəkatının lideri Malyan nifrət, ayrı-seçkilik və düşmənçiliyi təşviq etməkdə təqsirli bilinib. Məhkəmə onu bir il müddətinə azadlıqdan məhrum edib.

Oxşar xəbərlər

Əsgərin ölümünə görə həbsdə olan şəxs şikayətini geri götürdü [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rüşvət alan gömrükçü haqda fərqli qərarlar - Azadlığa buraxıldı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda kişiyə fantastik məbləğdə aliment kəsildi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məhkəmə Vüqar Səfərlinin əmlakları ilə bağlı qərar çıxardı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ermənistana casusluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başladı [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər