KİV: Ankarada Rusiya ilə ABŞ arasında genişmiqyaslı məhbus mübadiləsi aparılıb
Bu gün Ankarada Rusiya ilə ABŞ arasında məhbus mübadiləsi aparılıb.
“Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Bildirilib ki, Rusiyada həbsdə saxlanılan ABŞ-nin məşhur “Wall Street journal” nəşrinin müxbiri Evan Gerşkoviç və rusiyalı məhbuslar bu gün sərbəst buraxılıb.
30 nəfərlik siyahıda başqa məşhur şəxslərin də olduğu bildirilir.
Qeyd edilib ki, mübadilə Türkiyənin Milli Kəşfiyyat İdarəsinin (MİT) vasitəçiliyi ilə baş tutur.
"Bu, tərəflər arasında "soyuq müharibə"dən sonra ən böyük məhbus mübadiləsidir. Bundan öncəki mübadilə 14 nəfəri əhatə edib", - deyə məlumatda vurğulanıb.
Məlumata görə, Rusiya Qərb ölkələrinə aşağıda adları qeyd olunan şəxsləri təhvil verir:
- Vladimir Kara-Murza,
- Liliya Çanışeva,
- İlya Yaşin,
- Kseniya Fadeeva,
- Andrey Pivovarov,
- Pol Uilan,
-Alsu Kurmaşeva,
- Oleq Orlov,
- Saşa Skoçilenko,
- Diter Voronin,
- Kevin Lik
- Riko Krieger
- Patrik Şobel
- Herman Moyjes,
- Vadim Ostanin.
Bunun əvəzində Qərb ölkələri Rusiyaya təhvil verir:
- Vadim Krasikov (Almaniya)
- Artem Dultsev (Sloveniyadan),
- Anna Dultseva (Sloveniyadan),
- Mixail Mikuşin (Norveçdən),
- Pavel Rubtsov (Polşadan),
- Roman Seleznev (ABŞ-dan),
- Vladislav Klyuşin (ABŞ-dan),
- Vadim Konoşenko (ABŞ-dan).
Oxşar xəbərlər
Ankarada Rusiya ilə Qərb arasında məhbus mübadiləsi aparılır - SİYAHI - YENİLƏNİB-1 [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: ABŞ və Rusiya arasında məhbus mübadiləsi olub, "Wall Street Journal"ın müxbiri azad edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya ilə Qərb arasında məhbus mübadiləsi baş verir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qətər ABŞ və Venesuela arasında məhbus mübadiləsində vasitəçilik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bayden Rusiyada casusluqda ittiham olunan jurnalisti azad edəcəyinə söz verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












