Lukaşenko özünü Trampın tərəfdarı adlandırıb
Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ prezidentinin xüsusi elçisi Con Koulla görüşündə özünü amerikalı həmkarı Donald Trampın tərəfdarları sırasında gördüyünü bildirib.
"Report" xəbər verir ki, bu barədə BELTA məlumat yayıb.
"Bəli, mənim fikrimi Donald Trampa çatdırmağınızı çox istərdim. ABŞ-nin müəyyən səhvlərinə baxmayaraq, hələ də sizin prezidentinizin tərəfdarıyam", - o deyib.
Qeyd olunub ki, Lukaşenko C.Koula Yaxın Şərqdəki müharibəni və qlobal problemləri müzakirə etməyi təklif edib.
"Düşünürəm ki, qlobal problemlər, xüsusən də Yaxın Şərqdəki vəziyyət barədə mənim fikrim sizin üçün önəmli olacaq, çünki siz bizim dostlarımıza qarşı vuruşursunuz. Və mən bu mövzuda açıq danışmağa hazıram", - Belarus Prezidenti vurğulayıb.
Oxşar xəbərlər
Lukaşenko: Trampın gəlişi ilə Belarusda deyil, Avropada problemlər olacaq
Lukaşenko Bakıda keçiriləcək COP29-da iştirak edəcək
Lukaşenko: Qərb müşahidəçiləri seçkilərə əvvəlcədən hazırlanmış qərarlarla gəliblər
Lukaşenko Trampın andiçmə mərasimində Maskın jestini pisləyib
Tramp Lukaşenkonun ailəsi ilə birlikdə Minskə səfər etmək dəvətini qəbul edib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
