İran XİN: Laricaninin öldürülməsi terror aktıdır
sizinxeber.az xəbər saytı

İran XİN: Laricaninin öldürülməsi terror aktıdır


İran Xarici İşlər Nazirliyi ölkənin Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürülməsini terror aktı adlandırıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə İran KİV-i XİN-in bəyanatına istinadən məlumat yayıb.

Bununla əlaqədar İran BMT Təhlükəsizlik Şurasını və digər beynəlxalq təşkilatları Laricaninin öldürülməsində əli olan şəxsləri məsuliyyətə cəlb etməyə çağırıb.

"Bu cür terror aktları nəinki İran millətinin təhlükəsizliyin qorunması və milli maraqların müdafiəsi ilə bağlı dəmir iradəsini sarsıtmayacaq, həm də xalqın və rəsmilərin vətəni müdafiə etmək əzmini daha da artıracaq", - bəyanatda qeyd olunub.

Oxşar xəbərlər

İran hökuməti Əli Laricani və oğlunun ölümünü təsdiqləyib
İsrail ordusu Əli Laricaninin öldürülməsi əməliyyatının təfərrüatlarını açıqlayıb - YENİLƏNİB
Əli Laricaninin öldürüldüyü təsdiqləndi
Laricaninin ölümü onlara siqnal idi: ya güzəşt, ya ölüm...

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar