Astana Pekinə Qazaxıstandan idxal rüsumlarını azaltmağı təklif edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
21 
avq
2025
09:30

Astana Pekinə Qazaxıstandan idxal rüsumlarını azaltmağı təklif edib

21 avq, 2025
09:30
439

Astana Pekinə Qazaxıstandan idxal rüsumlarını azaltmağı təklif edib

Rəsmi Astana Pekinə Qazaxıstandan Çinə göndərilən mallara gömrük rüsumlarını azaltmağı təklif edib.

"Sizinxeber.az"un məlumatına görə, bu barədə Qazaxıstanın ticarət və inteqrasiya naziri Arman Şakkaliyevin Çinin ticarət naziri Van Ventao ilə görüşünün nəticələrinə dair nazirliyin yaydığı məlumatda qeyd olunub.

"Qazaxıstan tərəfi Çin Xalq Respublikasında Qazaxıstan mallarına idxal rüsumlarının azaldılması məsələsinə baxmağı təklif edib, həmçinin Qazaxıstan Respublikası ərazisində Çin kapitalının iştirakı ilə xammalın dərin emalı üzrə layihələrin yaradılmasının məqsədəuyğunluğunu vurğulayıb", - məlumatda deyilir.

Tərəflər həmçinin ölkələr arasında ticarət dövriyyəsinin artdığını qeyd ediblər. Belə ki, cari ilin I yarısında bu rəqəm 21,8 milyard dollar təşkil edib ki, bu da "2030-cu ilə qədər qarşılıqlı ticarət dövriyyəsini iki dəfə artırmaq vəzifəsinin reallığını təsdiqləyir".

Bundan əlavə, Qazaxıstan öz mallarının Çin onlayn platformalarında mövcudluğunu genişləndirməyi təklif edir.

Bizimlə əlaqə saxlayın