Məhkəmə "Crocus City Hall"dakı terror aktı ilə bağlı işə qapalı rejimdə baxacaq
sizinxeber.az xəbər saytı

Məhkəmə "Crocus City Hall"dakı terror aktı ilə bağlı işə qapalı rejimdə baxacaq


Rusiyada İkinci Qərb Dairə Hərbi Məhkəməsi "Crocus City Hall"da törədilmiş terror aktı ilə bağlı işin materiallarına qapalı rejimdə baxacaq.

“Report” xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Müvafiq vəsatət istintaq sirrinin qorunması və proses iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət ittihamçısı tərəfindən qaldırılıb.

Bazar ertəsi məhkəmə 19 təqsirləndirilən şəxslə bağlı işə mahiyyəti üzrə baxılmasına başlayıb. Müttəhimlər terror aktı, terror fəaliyyətinə yardım, bu fəaliyyəti həyata keçirmək məqsədilə təlim keçmə və digər cinayətlərdə ittiham olunurlar.

Bundan başqa, terror aktı ilə bağlı cinayət işi çərçivəsində zərərçəkənlər tərəfindən 27 mülki iddia təqdim edilib.

Xatırladaq ki, "Crocus City Hall"da terror aktı ötən il martın 22-də baş verib. Dörd terrorçu "Piknik" qrupunun konsertində iştirak edənlərə atəş açıb, daha sonra zalı yandırıblar. Cinayətkarlar 145 nəfəri öldürüb, 550-dən çox insanı yaralayıblar.

Oxşar xəbərlər

“Crocus City Hall”da terror aktı ilə bağlı istintaq başa çatıb
Rusiyada "Crocus"dakı terror aktı ilə bağlı cinayət işinin istintaqı başa çatıb
“Crocus City Hall”dakı terror aktı ilə bağlı bəzi təfərrüatlar məlum olub
ABŞ-də “Crocus City Hall”da terror aktının mümkün təşkilatçısı saxlanılıb
Rusiya İstintaq Komitəsi: "Crocus"da terror aktı nəticəsində 75 milyon dollar ziyan dəyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər