Rusiya və Türkiyə XİN rəsmiləri regional məsələləri müzakirə edib
sizinxeber.az xəbər saytı

Rusiya və Türkiyə XİN rəsmiləri regional məsələləri müzakirə edib


Rurisyanın xarici işlər nazirinin müavini Sergey Verşinin Nyu-Yorkda türkiyəli həmkarı Nuh Yılmaz ilə Yaxın Şərqdəki vəziyyəti, həmçinin Suriyada baş verən hadisələri müzakirə edib.

"Sizinxeber.az"un məlumatına görə, bu barədə Rusiya XİN-in məlumatında deyilir.

"İyulun 29-da Nyu-Yorkda Fələstin-İsrail münaqişəsinin ikidövlətli həllinə dəstək üzrə yüksək səviyyəli beynəlxalq konfrans çərçivəsində RF xarici işlər nazirinin müavini Verşinin Türkiyə Respublikasının xarici işlər nazirinin müavini Yılmaz ilə görüşüb. Ərəb-İsrail münaqişəsi zonasında mövcud genişmiqyaslı böhrandan çıxış yollarının axtarışı üzrə kollektiv səylərə diqqət yetirilməklə Yaxın Şərqdəki cari vəziyyətin ətraflı müzakirəsi keçirilib", - qurumdan bildirilib.

Bundan əlavə, xarici siyasət idarəsindən bildirilib ki, Türkiyə nümayəndələri ikidövlətli prinsipin qorunması üzrə beynəlxalq konfrans çərçivəsində dəyirmi masalardan birində öz işləri barədə məlumat veriblər: "Həmsöhbətlər həmçinin digər regional məsələləri, o cümlədən Suriyada baş verən hadisələri və BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının qarşılıqlı maraq doğuran gündəlik məsələlərini nəzərdən keçiriblər".

Oxşar xəbərlər

Türkiyə və Rusiya XİN başçılarının müavinləri Yaxın Şərqdəki durumu müzakirə ediblər
İstanbulda Yaxın Şərq üzrə Türkiyə-Rusiya məsləhətləşmələri başa çatıb - YENİLƏNİB
Azərbaycan və Rusiya XİN başçılarının müavinləri Nyu-Yorkda görüşüb
Azərbaycan və Rusiyanın xarici işlər nazirlərinin müavinləri COP29 gündəliyini müzakirə edib
Rusiya və Türkiyə arasında Avrasiyadakı inteqrasiya prosesləri müzakirə edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər