Ermənistanda Rusiya Erməniləri İttifaqı başçısının şirkətinə məxsus torpaq sahəsi müsadirə edilir
Ermənistan Antikorrupsiya Məhkəməsi Rusiya Erməniləri İttifaqının başçısı Ara Abramyana məxsus "Soqlasiye Armeniya" şirkətinin torpaq sahəsinin İrəvan icmasının xeyrinə müsadirə edilməsi barədə qərar qəbul edib.
“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Baş Prokurorluğun iddiası əsasında iyulun 25-də qəbul edilmiş qərar "datalex.am" saytında dərc edilib. Məhkəmə şirkətin 2800 kvadratmetrdən çox sahəyə mülkiyyət hüququnun dayandırılmasına, onun dövlət qeydiyyatının etibarsız sayılmasına və torpaq sahəsinin İrəvan icmasına qaytarılmasına qərar verib.
Şirkət hesab edir ki, iddia onların qanuni mülkiyyət hüququndan məhrum edilməsinə yönəlib və bu, ölkə konstitusiyasına ziddir. Qərar dərc edildikdən bir ay sonra qüvvəyə minəcək və könüllü qaydada icradan imtina edildiyi təqdirdə məcburi qaydada icra edilməlidir.
Oxşar xəbərlər
Məhkəmə Ara Abrahamyanın torpaqlarını əlindən alıb
Xəzərdə süni torpaq sahəsinin icarə haqqının hesablanması qaydası müəyyənləşib
Məhkəmə Yun Sok Yolun həbsinin uzadılmasından yenidən imtina edib
Xankəndidəki erməni evləri kimlərə veriləcək?
Rusiya Erməniləri İttifaqının rəhbəri Ermənistan ərazisinə buraxılmır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













