Türkiyədə meşə yanğınlarında üç könüllü ölüb
sizinxeber.az xəbər saytı

Türkiyədə meşə yanğınlarında üç könüllü ölüb


Türkiyənin Bursa, Karabük və Kahramanmaraş bölgələrində meşə yanğınlarının söndürülməsində iştirak edən üç könüllü ölüb.

“Report” xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Bildirilib ki, bu rayonlarda meşə yanğını davam edir. Yanğınla əlaqədar üç şübhəli saxlanılıb.

Məlumata görə, ötən gecə 1777 şəxsi heyət və 688 yanğınsöndürən maşın yanğını nəzarət altına almaq istiqamətində fəaliyyət göstərib. Onlara havadan da dəstək verilib.

İnformasiyaya əsasən, fəlakətlə əlaqədar 18 kəndin, 50 məhəllənin sakinləri təxliyə edilib.

Oxşar xəbərlər

Türkiyədə meşə yanğını səbəbindən 2 minə yaxın insan təxliyə edilib
Türkiyədə meşə yanğını ilə əlaqədar 455 ailə təxliyə olunub, üç şübhəli saxlanılıb
İstanbul ətrafında meşə yanğınlarını 700 canlı qüvvə və 7 təyyarə söndürür
Türkiyədə meşə yanır, əraziyə dörd helikopter və PUA cəlb olunub
Türkiyənin İzmir bölgəsində meşə yanğını baş verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər