Ukraynada Azərbaycan Milli Qəhrəmanının xatirə guşəsinin təqdimatı olub
Bu gün Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusevin iştirakı ilə Kropyvnytski şəhərində yerləşən Dövlət Uçuş Akademiyasında, Azərbaycanın Milli Qəhrəmanı Aleksandr Kalyaninovun xatirə guşəsinin təqdimatı olub.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, Akademiya kollektivinin təşəbbüsü, Ukrayna Ali Radasının deputatı Roma Hrişçukun və səfirlik komandasının dəstəyi ilə Aleksandr Kalyaninovun adını daşıyan memorial auditoriya və Milli Qəhrəmanın həyatına, təhsilinə, peşə yoluna və baş vermiş faciəyə həsr olunmuş tematik ekspozisiya yaradılıb.
Burada QR-kod vasitəsilə onun haqqında daha ətraflı məlumat əldə etmək mümkündür. Hazırda UDUA-da Azərbaycandan 60-dan çox kursant təhsil alır. Görüş zamanı Akademiya rəhbərliyi ilə Azərbaycan Respublikasının aviasiya qurumları və təşkilatları ilə əməkdaşlığın genişləndirilməsi üzrə konkret növbəti addımlar müzakirə olunub.
Səfir qəhrəmanın xatirənin qorunmasına və Ukrayna-Azərbaycan aviasiya tərəfdaşlığının inkişafına görə təşəkkürünü bildirib.
Qeyd edək ki, 2024-cü il dekabrın 25-də AZAL təyyarəsinin Rusiya ərazisində vurulması nəticəsində kapitan İqor Kşnyakin və ikinci pilot Aleksandr Kalyaninovun peşəkarlığı və qətiyyətli qərarları sayəsində göyərtədə olan 67 nəfərdən 29-nun həyatı xilas olunub.
Oxşar xəbərlər
Ukraynada Azərbaycanın Milli Qəhrəmanının adına təqaüd təsis ediləcək
Biləsuvarda Milli Qəhrəman Mübariz İbrahimova həsr edilmiş kitabın təqdimatı olub
Şəmkirdə Milli Qəhrəmanın adını daşıyan kənddə içməli su problemi həll olunub
Milli Qəhrəman Polad Həşimovun məzarı ziyarət edilib
Milli Kitabxananın direktoru: Türkdilli ölkələrin rəqəmsal kitabxanasının yaradılması ən azı beş il vaxt apara bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İradə İmanbəyliyə vəzifə verildi












