İranın uranın zənginləşdirilməsi ilə bağlı mövqeyi dəyişməyib
sizinxeber.az xəbər saytı

İranın uranın zənginləşdirilməsi ilə bağlı mövqeyi dəyişməyib


İran Fransa, Britaniya və Almaniya nümayəndələri ilə cümə gününə planlaşdırılan danışıqlarda uranın zənginləşdirilməsi də daxil olmaqla, nüvə hüquqlarını müdafiə edəcək.

“Report” “The Times of Israel” qəzetinə istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Araqçi bildirib.

Nazir qeyd edib ki, danışıqların məqsədi ötən ay İsrail və Amerikanın nüvə proqramına qarşı son hərbi əməliyyatlarına baxmayaraq, İranın mövqeyinin dəyişməzliyini Avropa ölkələrinə çatdırmaq olacaq.

Baş diplomat vurğulayıb ki, İran öz nüvə proqramını məntiqi şəkildə inkişaf etdirməyə hər zaman hazırdır.

Oxşar xəbərlər

KİV: İran uranın zənginləşdirilməsi səviyyəsini azaltmağa hazırdır
İran XİN başçısı: Uranın zənginləşdirilməsi prinsipi ABŞ ilə müzakirə mövzusu deyil
İran uranın zənginləşdirilməsi prosesini dayandırıb
Əraqçi: İran uranın zənginləşdirilməsi proqramından imtina etməyəcək
WSJ: ABŞ və İran danışıqlarda uranın zənginləşdirilməsi və raket proqramını müzakirə edirlər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər