Rusiya İstintaq Komitəsi Amur vilayətindəki təyyarə qəzasından sonra "Anqara" aviaşirkətində axtarışlar aparır
sizinxeber.az xəbər saytı

Rusiya İstintaq Komitəsi Amur vilayətindəki təyyarə qəzasından sonra "Anqara" aviaşirkətində axtarışlar aparır


Rusiyanın Amur vilayətində baş verən təyyarə qəzasından sonra müstəntiqlər "Anqara" aviaşirkətində və hava limanında axtarışlara və sənədlərin müsadirəsinə başlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.

"Rusiya İstintaq Komitəsinin əməkdaşları Amur vilayətində təyyarə qəzasının baş verdiyi ərazidə işləyir, hava nəqliyyatı təşkilatlarında axtarış və sənədlərin müsadirəsini həyata keçirirlər", - o qeyd edib.

Qeyd edək ki, bu gün "Anqara" aviaşirkətinə məxsus “An-24” sərnişin təyyarəsi Amur vilayətinin Tında hava limanında qəzaya uğrayıb. Müxtəlif məlumatlara görə, təyyarədə ekipaj da daxil olmaqla 46-49 sərnişin olub. İstintaq Komitəsi bütün sərnişinlərin həlak olduğunu təsdiqləyib.

Təyyarə qəzası ilə əlaqədar fövqəladə vəziyyət rejimi tətbiq edilib və üç günlük matəm elan olunub.

Qəza ilə bağlı cinayət işi açılıb.

Oxşar xəbərlər

Amurda təyyarə qəzasında ölənlərlə bağlı vilayətdə üçgünlük matəm elan olunub - YENİLƏNİB-4
Rusiyada qəzaya uğrayan təyyarənin bütün sərnişinləri həlak olub - YENİLƏNİB-1
Rusiyada təyyarə qəzasının nəticələrinin aradan qaldırılması üçün hökumət komissiyası yaradılıb - YENİLƏNİB-3
Təyyarə qəzası ilə bağlı cinayət işi Rusiya İstintaq Komitəsinin mərkəzi aparatına tapşırılıb
Rusiyada radarlardan itən sərnişin təyyarəsinin qalıqları tapılıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər