Rusiyada radarlardan itən sərnişin təyyarəsinin qalıqları tapılıb - YENİLƏNİB » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
24 
iy
2025
11:00
ff aaaaaaa

Rusiyada radarlardan itən sərnişin təyyarəsinin qalıqları tapılıb - YENİLƏNİB

24 iy, 2025
11:00
975

Rusiyada radarlardan itən sərnişin təyyarəsinin qalıqları tapılıb - YENİLƏNİB

Rusiyada radarlardan itən “AN-24” sərnişin təyyarəsinin qalıqları Tındadan 15 km məsafədə aşkar edilib.

"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə təcili xidmətlər məlumat verib.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, axtarış işləri zamanı “Rosaviasiya”nın “Mi-8” helikopteri “An-24” təyyarəsinin gövdəsini aşkar edib.

Qurum əlavə edib ki, təyyarə düşdükdən sonra yanıb. Xilasedicilər qəza yerinə yollanırlar.

Bildirilib ki, təyyarədə 43 sərnişin (onlardan 5-i uşaq) və 6 ekipaj üzvü olub.

10:05

Rusiyanın Amur vilayətində sərnişin təyyarəsi radarlardan itib, onunla əlaqə yoxdur.

“Report” xəbər verir ki, bu barədə "İnterfaks" təcili xidmətlərə istinadən məlumat yayıb.

Təyyarənin göyərtəsində 40 sərnişin və 6 ekipaj üzvü var.

Bildirilib ki, “An-24” təyyarəsi Xabarovsk-Blaqoveşensk-Tında marşrutu ilə hərəkət edirdi.

Son nöqtəyə yaxın sərnişin təyyarəsi radardan itib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul